Belarusda Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilər keçirilir

Belarusda Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilər keçirilir

Bu gün Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilər keçirilir.

Birxeber.Az-nın БЕЛТА-ya istinadən verdiyi xəbərə görə, seçkilərdə Nümayəndələr Palatasına 110, yerli deputat şuralarına 12 514 deputat seçilməlidir.

Seçkilərlə əlaqədar 5 411 seçki məntəqəsi yaradılıb. Yerli vaxtla saat 08.00-da başlayan səsvermə saat 20.00-da başa çatacaq.