Rusiya millisinin məşqçisi: Xaricdə oynayan ən yaxşı qapıçımız Lunyovdur

Rusiya millisinin məşqçisi: Xaricdə oynayan ən yaxşı qapıçımız Lunyovdur

Xaricdə oynayan ən yaxşı qapıçımız Lunyovdur.

“Report”un məlumatına görə, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın futbolçusu Andrey Lunyovun çıxışı barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan çempionunun heyətində uğurlu mövsüm keçirən 32 yaşlı qolkiperin tezliklə yığmaya çağırılacağını istisna etməyib: “Andrey “Qarabağ”a keçdiyi gündən ardıcıl yaxşı oyunlar keçirir. Elə bir matç olmayıb ki, hansısa kobud səhvə yol versin və komandası buna görə xal itirsin. Azərbaycan çempionatında və avrokuboklardakı çıxışı ilə komandasının uğurlarına kömək edir. Avropa arenasında 37 “seyv” edib ki, bu da çox yüksək göstəricidir. Komandanın qrupdan çıxmasında və 1/8 finala yüksəlməsində böyük əməyi var. Fikrimcə, bu, Andreyin karyerasının ən yaxşı dövrdür”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində Almaniyanın “Bayer” klubundan keçib.