Çində 5,9 maqnitudalı zəlzələ olub

Çində 5,9 maqnitudalı zəlzələ olub

Çinin şimal-qərbində 5,9 maqnitudalı zəlzələ olub.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 12.15-də baş verən zəlzələnin ocağı Aksu şəhərindən 158 km qərbdə, Qırğız Respublikası ilə sərhəddə 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.