Çinin Qazaxıstan və Qırğızıstanla sərhədlərində zəlzələ olub

Çinin Qazaxıstan və Qırğızıstanla sərhədlərində zəlzələ olub

Çinin Qazaxıstan və Qırğızıstan sərhədləri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 km qərbdə, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.