Ekspert: “Rəsmi Moskva hər şəraitdə Ermənistana təzyiq vasitələri tapa bilər”

Ekspert: “Rəsmi Moskva hər şəraitdə Ermənistana təzyiq vasitələri tapa bilər”

"Erməni siyasətçilərinin böyük əksəriyyəti tamamilə Qərb yönümlüdür. Onların konkret addımlar atmasına hələlik güclü Rusiyanın qorxusu mane olur".

Bunu “Birxeber”a beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər İttifaqının üzvü Yevgeni Mixaylov bildirib.

SOCIES Ekspert Mərkəzinin Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Ermənistan ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-ni özünün təhlükəsizlik “çətiri” sayır. Halbuki, hazırda Ermənistan məhz KTMT-nin üzvüdür.

Y.Mixaylov deyib ki, hazırda Rusiyaya dost kimi qəbul olunan dövlətlərin çoxu Ukraynada aparılan hərbi əməliyyatı diqqətlə izləyir və gözləyir: "Qazaxıstan bəyan edib ki, sanksiyalardan yan keçməkdə rəsmi Moskvaya kömək etməyəcək. Digər Mərkəzi Asiya respublikaları isə Qərbin və Rusiyanın maraqları arasında manevr edərək, hələlik dəqiq mövqe və rəsmi Moskvaya dəstək nümayiş etdirmir. Bu baxımdan rəsmi İrəvan bir qədər də fərqləndi.

Fikir vermisiniz, indi ermənilər Rusiyaya dəstək videoçarxları yayımlayırlar. Bununla Ermənistanın guya əbədi Rusiya ilə birlikdə olacağına işarə edirlər. Amma görünən budur ki, Ermənistan heç də əbədi Rusiyanın yanında olmaq istəmir, belə ki, bununla paralel olaraq, ölkədə rəy sorğuları aparılır və bu sorğuların nəticələri Rusiyanın xeyirinə deyil”.

Onun fikrincə, bu nəticələr millətin bir qisminin ikiüzlülüyündən xəbər verir: "Belə ki, komfort şəraiti qoruyub saxlamağa çalışan bu qisim tarixən özünün təhlükəsizlik qarantı olan bir dövlətə qarşı açıq-aşkar satqınlıq etdiyini görmür".

Ekspert güman edir ki, əgər Paşinyan mehriban Avropa ailəsinə qoşulmaq üçün Avropa İttifaqı (Aİ) və ABŞ-a siqnallar göndərməkdə davam edərsə, rəsmi Moskva hər şəraitdə Ermənistana təzyiq vasitələri tapa bilər.

Region Region
Britaniya MN: "Ukraynanın cənubunda və şərqində fəallığın artırılması gözlənilir"

Britaniya MN: "Ukraynanın cənubunda və şərqində fəallığın artırılması gözlənilir"

Region Region
Ukrayna MN:  "Rusiyanın 21 600-ə yaxın hərbçisi zərərsizləşdirilib"

Ukrayna MN: "Rusiyanın 21 600-ə yaxın hərbçisi zərərsizləşdirilib"

Region Region
Prezident Ofisi: "Mariupolun müdafiəçiləri təslim olmayacaqlar”

Prezident Ofisi: "Mariupolun müdafiəçiləri təslim olmayacaqlar”

Region Region
Gürcüstanda ermənilər Azərbaycan və Türkiyəyə qarşı təxribatlarından əl çəkmirlər

Gürcüstanda ermənilər Azərbaycan və Türkiyəyə qarşı təxribatlarından əl çəkmirlər

Region Region
Ukrayna ordusu Xarkov vilayətinin daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna ordusu Xarkov vilayətinin daha bir yaşayış məntəqəsini azad edib

Region Region
Peskov Medvedçukun əsirlərlə dəyişdirilməsi təklifinə münasibət bildirib

Peskov Medvedçukun əsirlərlə dəyişdirilməsi təklifinə münasibət bildirib

Region Region
Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro ayırıb

Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro ayırıb

Region Region
İstanbulda partlayış baş verib

İstanbulda partlayış baş verib

Region Region
Avstriya kansleri: "Putin Zelenskinin təkbətək görüş təklifinə reaksiya vermədi"

Avstriya kansleri: "Putin Zelenskinin təkbətək görüş təklifinə reaksiya vermədi"

Region Region
Rusiyada barıt zavodunda yanğın olub, ölənlər var

Rusiyada barıt zavodunda yanğın olub, ölənlər var

Region Region
Polşa Prezidenti Ukraynaya səfər edib

Polşa Prezidenti Ukraynaya səfər edib

Region Region
Ukrayna BQ: "Donbas istiqamətində Rusiyanın 11 hücumunun qarşısı alınıb"

Ukrayna BQ: "Donbas istiqamətində Rusiyanın 11 hücumunun qarşısı alınıb"