Kanada Ukraynanın yenidən qurulması üçün 130 milyon dollar ayırıb

Kanada Ukraynanın yenidən qurulması üçün 130 milyon dollar ayırıb

Kanada bir sıra yenidənqurma və inkişaf proqramları üçün Ukraynaya 169 milyon Kanada dolları (təxminən 130 milyon ABŞ dolları) verəcək.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevə səfəri zamanı Kanadanın baş naziri Castin Trüdonun ofisində məlumat verilib.

Qeyd olunur ki, Kanada sülh və təhlükəsizliyin inkişafına kömək etmək, xüsusilə minalardan təmizləmə, kiber dəstək və kəşfiyyat yardımı üçün 75 milyon Kanada dolları (57 milyon ABŞ dollarından çox) ayıracaq.

Daha 15 milyon Kanada dolları (təxminən 11,5 milyon ABŞ dolları) Kiyevdə Qolodomor-Soyqırımı Milli Muzeyinin tikintisini başa çatdırmaq üçün istifadə olunacaq.