Bakıda ahıl kişi yol qəzasında xəsarət alıb

Bakıda ahıl kişi yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Birxeber.Az”un məlumatına görə, avtomobil yolu keçən 1952-ci il təvəllüdlü İsgəndərov Kamal İsa oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.