Əlixan Osmanov: “Gələn ildən “Həzi Aslanov” stansiyasında tikinti işləri davam etdiriləcək”

Əlixan Osmanov: “Gələn ildən “Həzi Aslanov” stansiyasında tikinti işləri davam etdiriləcək”

Gələn ildən “Həzi Aslanov” stansiyasında tikinti işlərini davam etdirmək üçün dövlət proqramı çərçivəsində bu layihəyə vəsait ayrılacaq.

Bunu “Birxeber.Az”a müsahibəsində “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, “Ağ şəhər”də də yeni stansiyanın tikintisi həyata keçiriləcək:

“Metronun perspektiv inkişaf planı cənab Prezidentin sərəncamı ilə təsdiqlənib və proqram hazırlanıb. Əslində biz çoxdan stansiyaların sayını artırmalı idik. Amma düşünürəm ki, daha ciddi səbəblərdən bu məsələlər bir qədər yubanır. Məsələn, azad edilmiş ərazilərimizin bərpası üçün investisiyaların ayrılmasına daha çox ehtiyac var.

Amma buna baxmayaraq metropolitenin də tikintisinə vəsait ayrılıb. Hazırda “B-04” stansiyasında tikinti işləri aparılır. Həmçinin "Yaşıl" xəttin “Y-14”, “Y-15” və “Y-16” stansiyalarında tikinti işləri aparılacaq”.

QSC-nin Baş mühəndisi hesab edir ki, iki xəttin “28 May” stansiyasında bir səviyyədə kəsişməsi metropolitenin mənfi cəhətidir: "Apardığımız monitorinqlər nəticəsində deyə bilərik ki, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” stansiyalarından metroya minən sərnişinlərin 90 %-i “Elmlər Akademiyası” – “Memar Əcəmi” istiqamətinə gedir.

Qarşımızda duran ən böyük məsələ “28 May” stansiyasında xətlərin bir-birindən ayrılmasıdır. İlk olaraq xətləri ayıran tunelin kiçik bir hissəsi tikilməlidir ki, “Xətai”dən gələn sərnişin “Cəfər Cabbarlı”dan birbaşa “Nizami”yə və digər stansiyalara getsin. Layihəni tamamlamaq üçün “Xətai”, “Dərnəgül” və “İçərişəhər” stansiyalarının davamı olan dönmə kameralı stansiyalar da inşa edilməlidir.

Bu gün layihələnmiş stansiyaları tikmək üçün texniki imkanlarımız kifayət qədərdir. Sadəcə bizdən asılı olmayan bəzi məsələlərə görə, bu prosesin konkret tarixlərini demək olmur".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

İnfrastruktur İnfrastruktur
Xırdalan-Bakı yolunda xüsusi avtobus zolağı çəkilə bilər

Xırdalan-Bakı yolunda xüsusi avtobus zolağı çəkilə bilər

İnfrastruktur İnfrastruktur
Saleh Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

İnfrastruktur İnfrastruktur
Yevlax-Bərdə dəmir yolu xətti yenidən qurulur

Yevlax-Bərdə dəmir yolu xətti yenidən qurulur

İnfrastruktur İnfrastruktur
Bakı metrosu qatarlararası intervalın çox olması iddialarına cavab verib

Bakı metrosu qatarlararası intervalın çox olması iddialarına cavab verib

İnfrastruktur İnfrastruktur
Azərbaycanla Rusiya sərhəd-buraxılış məntəqələri arasındakı avtomobil yolunu genişləndirir

Azərbaycanla Rusiya sərhəd-buraxılış məntəqələri arasındakı avtomobil yolunu genişləndirir

İnfrastruktur İnfrastruktur
“Azərbaycan Dəmir Yolları”nın daha bir törəmə şirkətinin rəhbəri dəyişib

“Azərbaycan Dəmir Yolları”nın daha bir törəmə şirkətinin rəhbəri dəyişib

İnfrastruktur İnfrastruktur
Biləsuvarın keçilməz yolları: borclarını ödəməyən sakinlərin yaşadığı kəndin yolları bərpa olunmur - REPORTAJ

Biləsuvarın keçilməz yolları: borclarını ödəməyən sakinlərin yaşadığı kəndin yolları bərpa olunmur - REPORTAJ

İnfrastruktur İnfrastruktur
Yasamal rayonunun bir hissəsinə suyun verilişində fasilə yaranıb

Yasamal rayonunun bir hissəsinə suyun verilişində fasilə yaranıb

İnfrastruktur İnfrastruktur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "QR kod"un tətbiqinə başlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "QR kod"un tətbiqinə başlayıb

İnfrastruktur İnfrastruktur
"Azərbaycan Dəmir Yolları" yükdaşımanı 17 % artırıb

"Azərbaycan Dəmir Yolları" yükdaşımanı 17 % artırıb

İnfrastruktur İnfrastruktur
Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb

Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb

İnfrastruktur İnfrastruktur
Gəncədə planın artırılmasına etiraz edən marşrut sürücülərinin fəaliyyəti bərpa edilib

Gəncədə planın artırılmasına etiraz edən marşrut sürücülərinin fəaliyyəti bərpa edilib