Ermənistan Ordusunun əsgəri naməlum şəraitdə ölüb

Ermənistan Ordusunun əsgəri naməlum şəraitdə ölüb

Fevralın 24-də saat 17:55 radələrində naməlum şəraitdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan ölüb.

APA Ermənistan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə əsgər güllə yarası nəticəsində ölüb.

Hadisə araşdırılır.