Sumqayıtda kişi dəm qazından boğulub

Sumqayıtda kişi dəm qazından boğulub

Sumqayıtda kişi dəm qazından boğularaq ölüb.

Birxeber.Az xəbər verir ki, hadisə Tağıyev qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Tarıverdiyev Rəhim Rəhman oğlu fərdi yaşayış evində dəm qazından boğulub.

Hadisə bir gün əvvəl baş verib, meyit bu gün aşkar olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.