Bloomberg: Banklar Rusiyanın aktivlərinin müsadirə edilməsindən qorxurlar

Bloomberg: Banklar Rusiyanın aktivlərinin müsadirə edilməsindən qorxurlar

Beynəlxalq banklar Böyük Britaniya tərəfindən müvafiq hüquqi standartlar müəyyən edilmədən Rusiya aktivlərinin müsadirə edilməsi halında qlobal maliyyə sisteminin sarsıntılarından qorxurlar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Bundan əlavə, belə bir qərara görə Rusiya maliyyə qurumlarının təqibinə başlaya bilər.

Banklar üçün prioritet Rusiyanın aktivlərin ələ keçirilməsində iştirak edən ayrı-ayrı maliyyə institutlarına qarşı irəli sürə biləcəyi hər hansı gələcək iddialara qarşı hüquqi müdafiənin və ya kompensasiyanın müəyyən formasıdır.

Bankirlər və hüquqşünaslar həmçinin iri miqyaslı aktivlərin müsadirə əməliyyatlarının Britaniyanın beynəlxalq maliyyə mərkəzi kimi reputasiyasına xələl gətirə və qanunun aliliyinə dair suallar yarada biləcəyindən narahatdırlar. Rusiyanın Böyük Britaniyadakı dondurulmuş aktivlərinin tam həcmi məlum deyil.

Lakin Leyboristlər Partiyasından olan deputat Kris Bryant 2023-cü ildə Rusiya Mərkəzi Bankının aktivlərinin təxminən 26 milyard funt-sterlinqinin İngiltərədə olduğunu, lakin onun bir hissəsinin Belçikada yerləşən beynəlxalq depozitari “Euroclear”da saxlanıla biləcəyini söyləyib.

Bununla yanaşı, agentlik bankların nə üçün Böyük Britaniyadan hüquqi normaların işlənib hazırlanmasını tələb etdiyini açıqlamır.