Venesuela ordusu 16 nəfərin öldüyü şaxtadan 384 nəfəri təxliyə edib

Venesuela ordusu 16 nəfərin öldüyü şaxtadan 384 nəfəri təxliyə edib

Venesuela Milli Bolivar Silahlı Qüvvələri Bolivar ştatında qanunsuz "Bulua Loka" mədənində olan 384 nəfəri təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələrinin əməliyyat-strateji komandanlığının rəhbəri Dominqo Hernandes Lares “X”də yazıb.

Qeyd olunub ki, eni 100 m, dərinliyi 30 m olan açıq şaxtada torpağın çökməsi nəticəsində 16 nəfər həlak olub. Xəsarət alan 16 mədən işçisi xəstəxanalara çatdırılıb.