İqlim fəaliyyəti sahəsində əməkdaşlıq Azərbaycan-Britaniya əməkdaşlığı üçün yeni perspektivlər vəd edir

İqlim fəaliyyəti sahəsində əməkdaşlıq Azərbaycan-Britaniya əməkdaşlığı üçün yeni perspektivlər vəd edir

Londonda Britaniya-Azərbaycan Ticarət Palatasının COP29-a həsr olunmuş tədbiri keçirilib.

Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən Birxeber.Az-ya verilən məlumata görə, tədbirdə Britaniya Baş nazirinin Azərbaycan üzrəTicarət Elçisi Baronessa Nikolson, Britaniyada COP və iqlim sahəsində ixtisaslaşmış biznesnümayəndələri, Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin əməkdaşları, AzərbaycanınBritaniyadakı səfiri Elin Süleymanov, COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri NərminCarçalova, AZPROMO və Azərbaycan İnvestisiyaŞirkətinin nümayəndələri, BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrəvitse-Prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycandafəaliyyət göstərən Britaniya şirkətləri, akademikdairələr və media nümayəndələri olmaqla 100dən çoxqonaq iştirak edib.

Qonaqları salamlayan Britaniya-Azərbaycan TicarətPalatasının həmsədri John Patterson PalatanınLondonda keçirilən növbəti tədbirinin məhz COP29a həsr olunmasını Britaniya tərəfinin iqlim məsələlərinəverdiyi əhəmiyyət və COP29-un iki ölkə arasındadaha da geniş perspektivlər açmasıyla izah edib.

Açılış nitqiylə çıxış edən Britaniya Baş nazirininAzərbaycan üzrə Ticarət Elçisi Baronessa NikolsonAzərbaycanla Britaniya arasında bütün sahələrdədostluq və əməkdaşlığın mövcudluğuna toxunub, ölkəsinin COP29-un uğurla keçirilməsinə lazımi bütündəstəyi verməyə hazır olduğunu bildirib. O, Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərəev sahibliyi etmək təcrübəsindən bəhs edərək COP29-un da yüksək səviyyədə təşkil ediləcəyindənəminlik ifadə edib.

Tədbirin ilk hissəsində Britaniyadan olan ekspertlərCOPun müxtəlif aspektlərinə dair təqdimatlar edib, Britaniyanın prosesə baxışını izah edib. Çıxış edənləryekdilliklə vurğulayıb ki, iqlim fəaliyyəti sahəsindəəməkdaşlıq Azərbaycan-Britaniya münasibətləri üçünyeni müstəvilər açır.

Exeter Universitetinin Biznes və innovasiyalar üzrəprorektor müavini Stuart Brocklehurst iqlimdəyişikliyinin bariz nümunələrindən söz açaraq bubarədə lazımi addımlar atılmayacağı halda dünyaəhalisinin rifahına təsir edən bütün sahələr üzrəböhranların yaranacağına dair elmi göstəricilərədiqqət çəkib. Bu baxımdan, COP29 da daxil olmaqlaqarşıdan gələn COP tədbirlərinin həllediciəhəmiyyətinə toxunulub.

2021-ci ildə Britaniyada keçirilmiş COP26 zamanıBMT-nin iqlim dəyişiklikləri üzrə Yüksək SəviyyəliÇempionu olmuş Nigel Topping iştirakçılara COP prosesinin əsas hədəfləri, hazırkı inkişaf xətti və prosesə dair gözləntilərdən danışıb. O, COP29un əsasən maliyyə, biznes və elm COPu olacağınıdeyib.

Britaniyanın Şərqi Lankaşir Ticarət Palatasının başicraçı direktoru Miranda Barker Britaniya üzrəfəaliyyət göstərən ticarət palatalarının COP proseslərindəki iştirak və rolundan danışıb.

Tədbirin ikinci hissəsində isə Azərbaycan tərəfininperspektivi və COPa hazırlığı barədə müzakirələrəhəsr olunub.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov özçıxışında qeyd edib ki, Azərbaycanın böyük miqyaslıtədbirlərə ev sahibliyi etmək, eləcə də həm inkişafetmiş, həm də inkişaf etməkdə olan ölkələri bir arayagətirərək konstruktiv dialoqu təşviq etmək təcrübəsivar. Bu təcrübənin COP29 kontekstində önəminivurğulayan səfir Süleymanov Azərbaycanın COP29a ev sahibi kimi seçilməsində Ermənistanla əldə olunmuş qarşılıqlı etimad quruculuğu tədbirlərinin roluolduğunu xüsusi vurğulayaraq prosesin sülhgündəliyinə də faydalı olduğunu söyləyib.

Azərbaycanın İxracın və İnvestisiyaların TəşviqiAgentliyinin (AZPROMO) icraçı direktorunun müaviniZöhrab Qədirov tədbir iştirakçılarına Azərbaycandayaradılmış xüsusi iqtisadi zonalar barədə təqdimatverib, bu kontekstdə xarici investorlar üçün mövcudgüzəştli biznes şərtlərindən danışıb.

Azərbaycan İnvestisiya Şirkətinin baş icraçı direktoruÜlvi Mansurov rəhbərlik etdiyi şirkətin Azərbaycandabiznes qurmaq istəyən Britaniya vətəndaşları üçünfaydalarından bəhs edib, ölkəmizdə yaradılmışsəmərəli biznes imkanları və investisiyaperspektivlərindən bəhs edib.

Sonda COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova Azərbaycanın bubeynəlxalq əhəmiyyətli mötəbər tədbirə hazırlıqprosesi barədə tədbir iştiraçılarına qısa məlumatverib.

İştirakçılar "Qarabağ" futbol klubunun bir gün öncə UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu üzərində möhtəşəm qələbə qazanması münasibəti ilə qonaqlar arasında olan Klubun prezidenti Tahir Gözələ təbriklərini çatdırıb. Onlar "Qarabağ" futbol klubunun oyun zamanı göstərdiyi ruh yüksəkliyini xüsusi ilə alqışlayıb.