Şəmkirdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Şəmkirdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, Dəllər Cəyir kəndində "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə 1987-ci il təvəllüdlü Cavid Zeynalov hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.