Korsikalı fəal: Fransa adanın etnik tərkibini dəyişməyə çalışır

Korsikalı fəal: Fransa adanın etnik tərkibini dəyişməyə çalışır

Fransa hakimiyyəti Korsika adasında Milli Hərəkatının üzvlərini təqib edir, təqsirsiz insanlara qarşı mübarizə aparır.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Korsika Parlamentinin sabiq prezidenti, "Nazione" Korsika Milli Hərəkatının üzvü Jan-Qi Talamoni (Jean-Guy Talamoni) bildirib.

O qeyd edib ki, Korsika xalqı Fransa müstəmləkəçiliyini deyil, müstıqillik istəyir: “Korsika Fransa tərəfindən XVIII əsrdə işğal edilib. Bu işğalın ardından xalqımıza qarşı genişmiqyaslı repressiyalar başldaıldı. Bu könüllü şəkildə olmayıb, onlar bizi işğal ediblər. O vaxtdan Fransa adada müstəmləkəçilik siyasətini həyata keçirməyə başlayıb. Bunun əsas tərəflərindən biri də iqtisadi müstəmləkəçilik olub. Bu addımlar bizim ərazilərimizinin inkişafının qarşısını alıb. Digər tərəfdən, Fransa mədəniyyət və dil siyasəti vasitəsi ilə də adadaki vəziyyətə müdaxilə edərək, Korsika dilini məhv etmək istəyir. Korsika əhalisinin sayı 300 mindən çox olmasına baxmayaraq, Fransa hər il materikdən adaya 4-5 min fransız göndərərək buranın etnik tərkibini dəyişməyə çalışır. Bu da fransız müstəmləkəçiliyinin növbəti təzahürüdür”.