Abdullahian: "3+3 regional formatı Türkiyə-İran əməkdaşlığını gücləndirəcək"

Abdullahian: "3+3 regional formatı Türkiyə-İran əməkdaşlığını gücləndirəcək"

3+3 regional formatı Türkiyə-İran əməkdaşlığını gücləndirəcək.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin “Milliyət” qəzeti üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, Türkiyə və İran Qərbi Asiyanın, Fars körfəzinin iki güclü ölkəsi olaraq bu regionları təxribatçı ünsürlərin təsirlərindən qoruya bilər: "Suriyada sabitliyin təmin olunması üçün yaradılmış Astana formatı, Qafqazda əməkdaşlıq üçün təklif edilən 3+3 formatı, Fars körfəzindəki üçtərəfli və çoxtərəfli əməkdaşlıq kimi ortaq səylər regionda iki ölkə arasında əməkdaşlığa töhfə verən yalnız bir neçə nümunədir”.

Nazir yazıb ki, regional böhranların həlli istiqamətində iki ölkə arasında yaxşı əməkdaşlıq mühiti var: “Əməkdaşlığın daha da inkişafı üçün lazımi addımlar atılır və atılacaq”.

H.Ə.Abdullahian, həmçinin hər iki ölkənin eyni təhdidlərlə qarşı-qarşıya olduğunu diqqətə çatdırıb: "Türkiyə və İran regional təhlükəsizliyin təmin olunması üçün terrorla mübarizəni davam etdirəcək".

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi bu gün Türkiyəyə rəsmi səfər edəcək. O, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.