Lənkəranda "Mercedes" yanıb

Lənkəranda "Mercedes" yanıb

Lənkəranda minik maşını yanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes–Benz G180” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.