Polşada növbəti dəfə Ukraynaya məxsus taxılı yerə dağıdıblar

Polşada növbəti dəfə Ukraynaya məxsus taxılı yerə dağıdıblar

Polşada Doroxusk dəmiryol stansiyasında naməlum şəxslər Ukraynaya məxsus vaqonlarda olan taxılı yerə töküblər.

“Birxeber.Az” xəbər verir ki, bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov bildirib. Onun sözlərinə görə, bu, dəmiryol vağzalında baş verən sayca dördüncü belə hadisədir.

A.Kubrakovun sözlərinə görə, bu, Ukraynanın kənd təsərrüfatı məhsullarının sistematik şəkildə məhv edilməsi planlaşdırılan təxribata bənzəyir. “Bu cinayətləri törədənləri Ukrayna sülhü və sivil dünyanın qələbəsi qətiyyən maraqlandırmır. Biz Polşa hüquq-mühafizə orqanlarını dərhal cavab verməyə çağırırıq”, - o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, fevralın 20-də polşalı fermerlər Ukrayna ilə sərhəddə 30 günlük tətilə başlayıb və sərhəd keçid məntəqələrinə gediş-gəlişi əngəlləyiblər. İlk gün etirazçılar küçəyə Ukrayna taxılını səpələyiblər. Bunun ardınca Ukrayna Prezidenti Volodimir Zelenski Polşa hakimiyyətini fevralın 24-dək problemi həll etmək üçün sərhəddə görüş keçirməyə dəvət edib. Bir gün əvvəl Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Polşa sərhədinə gəlib, lakin Polşa nümayəndələri gəlməyib.