Ərdoğan: Qarabağda Xocalı başda olmaqla bir çox qətliam törədildi, Qərb səsini çıxarmadı

Ərdoğan: Qarabağda Xocalı başda olmaqla bir çox qətliam törədildi, Qərb səsini çıxarmadı

“Azərbaycan torpaqları və bir parçası olan Qarabağ illərlə işğal atında qaldı, Xocalı başda olmaqla bir çox qətliam törədildi. Lakin Qərb dövlətləri və təşkilatları səsini çıxarmadı, hərəkətə keçmədi”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinq zamanı bildirib.

O qeyd edib ki, bölgə ölkələrinin gücü onların birliyindən irəli gələ bilər. Ərdoğan, həmçinin BMT Təhlükəsizlik Şurasının heç bir təsir edici gücə malik olmadığını da vurğulayıb.