Gəncədə yeni tikilən İdman Sarayında tüstülənmə olub, zəhərlənən var

Gəncədə yeni tikilən İdman Sarayında tüstülənmə olub, zəhərlənən var

Gəncədə yanğın olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən yeni tikilən İdman Sarayının damında qeydə alınıb.

Belə ki İdman Sarayının damında tüstülənmə baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə vaxtı 3 nəfər zəhərlənib.