Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Sumqayıtdan keçən ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə zamanı Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Bayramov Fikrət Xanoğlan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Məmmədov Əli Rza oğlunun idarə etdiyi "Kia" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107"nin sürücüsü və sərnişini Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Namiq Əvəzxan oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.