Numan Kurtulmuş: Türkiyə müdafiə sənayesi ilə bağlı daha ciddi addımlar atacaq

Numan Kurtulmuş: Türkiyə müdafiə sənayesi ilə bağlı daha ciddi addımlar atacaq

Türkiyənin yeni konstitusiyaya ehtiyacı var.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş səkkizinci “Memur-sen” toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, lazım olsa bunun üçün referendum da keçiriləcək: “Çünki yeni konstitusiya artıq şərtdir.

N.Kurtulmuş qeyd edib ki, yeni Türkiyə yüz ilində əsas istiqamətlərdən biri də müdafiə sənayəsinin inkişafıdır: "Hər kəs dünyada Türkiyənin müdafiə sənayəsindəki uğurlardan danışır. Bu, bizim üçün fəxrdir".

Parlament sədrinin sözlərinə görə, Türkiyə müdafiə sənayesi ilə bağlı daha ciddi addımlar atacaq.

"Xarici siyasətdə Türkiyəyə diktə etmək artıq mümkün deyil. Biz müstəqil siyasətimizi özümüz müəyyənləşdirəcəyik. Dünyadakı geosiyasi vəziyyət də Ankaranın xeyrinədir. Dünən Azərbaycanda olanda da bunu hiss etdim. Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə danışa bilən yeganə ölkə Türkiyədir. Regiondakı xaosun aradan qaldırılması üçün güclü Türkiyəyə ehtiyac var. Biz dostlarımızın sayını artıracaq, düşmənlərimizin sayını azaldacağıq", - spiker qeyd edib.