Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edilib

Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edilib

Azərbaycanlı idmançı “Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyası”nın Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, qurumun prezidenti Qoça Cavaxia bu vəzifəyə “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyevi gətirib.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı kimi, həm də məşqçi kimi fəaliyyət göstərir.