Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB-3

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB-3

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 60 kq-da çıxış edən idmançı 1-ci yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Kalmatovla qüvvəsini sınayıb.

Əsas vaxtda hesab açılmayıb. Qızıl xal bölümündə rəqibini məğlub edən B.Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17.27

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıdakı Böyük Dəbilqədə bürünc medal görüşünə çıxaraq qələbə qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn K.Hüseynov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

16.48

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin yarımfinalında üz-üzə gəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan Kəramət Hüseynov və Balabəy Ağayev finala gedən yolda qüvvəsini sınayıb.

Rəqibinə cərimə xalları ilə qalib gələn Ağayev adını həlledici görüşə yazdırıb. Onun rəqibi ukraynalı Dilşot Kalmatov olacaq. Hüseynov isə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşəcək.

66 kq-da çıxış edən Orxan Səfərov yarımfinalda moldovalı Denis Vyeruya uduzub. O, bürünc medal görüşünə çıxacaq. Eyni çəkidə yarışan Kamran Süleymanov isə təsəlliverici qarşılaşmada məğlub olaraq, medalsız qalıb.

15:00

Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək.

Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.

Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.

66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurub.

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazana bilər

Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazana bilər

Fərdi Fərdi
Yeniyetmə cüdoçularımız Polşada keçirilən Avropa Kubokunda 6 medal əldə edib

Yeniyetmə cüdoçularımız Polşada keçirilən Avropa Kubokunda 6 medal əldə edib

Fərdi Fərdi
Fərid Qayıbov Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib

Fərid Qayıbov Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib

Fərdi Fərdi
Bakıda Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib

Bakıda Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib

Fərdi Fərdi
Teymur Rəcəbov: "Karlsenin imtinasını bilsəydim, İddiaçılar Turnirində fərqli oynayardım"

Teymur Rəcəbov: "Karlsenin imtinasını bilsəydim, İddiaçılar Turnirində fərqli oynayardım"

Fərdi Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

Fərdi Fərdi
İrəvandan EKSKLÜZİV açıqlama: “Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”

İrəvandan EKSKLÜZİV açıqlama: “Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”

Fərdi Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi Fərdi
MOK-da Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib

MOK-da Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib

Fərdi Fərdi
Yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib

Yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib

Fərdi Fərdi
Gənclər və İdman Nazirliyi UNESCO və UEFA ilə birlikdə Mingəçevirdə tədqiqat aparır

Gənclər və İdman Nazirliyi UNESCO və UEFA ilə birlikdə Mingəçevirdə tədqiqat aparır

Fərdi Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək