Bakıda Zəfər Forumunun bağlanış mərasimi keçirilib

Bakıda Zəfər Forumunun bağlanış mərasimi keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib.

“Report”un xəbərinə görə, toplantının bağlanışında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib.

V.Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində Qələbənin təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının əhəmiyyəti barədə danışıb.

Daha sonra çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. A.Əliyeva qeyd edib ki, Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanılıb.

Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.

Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnıları alqışlarla qarşılanıb.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyi adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib. O cümlədən, Zəfər forumun çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzin təşkilatçılığı ilə "Əsgərə məktub" layihəsi keçirilib.

Daxili siyasət Daxili siyasət
Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği 17,5 faizə qaldırılıb

Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği 17,5 faizə qaldırılıb

Daxili siyasət Daxili siyasət
Rusiyanın Qarabağdakı erməniəsillilərə göndərdiyi yardım maşını hələ də Bərdədə gözləyir

Rusiyanın Qarabağdakı erməniəsillilərə göndərdiyi yardım maşını hələ də Bərdədə gözləyir

Daxili siyasət Daxili siyasət
İTV Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filminin nümayişinə başlayıb 

İTV Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filminin nümayişinə başlayıb 

Daxili siyasət Daxili siyasət
Prezident: "Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək"

Prezident: "Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək"

Daxili siyasət Daxili siyasət
Moldova Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Moldova Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Urartu yalanının ifşası

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Urartu yalanının ifşası

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: “Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb”

İlham Əliyev: “Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb”

Daxili siyasət Daxili siyasət
FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu başa vurub

FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu başa vurub

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: "Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir"

İlham Əliyev: "Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir"

Daxili siyasət Daxili siyasət
Cəlilabadda Şəhidlər xiyabanı ziyarət olunub

Cəlilabadda Şəhidlər xiyabanı ziyarət olunub

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: “Doğma torpaqlara qayıtmaq bizim haqqımızdır”

Qərbi Azərbaycan Xronikası: “Doğma torpaqlara qayıtmaq bizim haqqımızdır”

Daxili siyasət Daxili siyasət
“Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları 31 Mart soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq” - BƏYANAT

“Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları 31 Mart soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq” - BƏYANAT