İsveç Ukraynaya 7,19 milyon dollar məbləğində humanitar yardım göstərəcək

İsveç Ukraynaya 7,19 milyon dollar məbləğində humanitar yardım göstərəcək

İsveç Ukraynaya 74 milyon kron (7,19 milyon dollar) məbləğində humanitar yardım göstərəcək.

Birxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Beynəlxalq İnkişaf Agentliyinin (Sida) press-relizində deyilir.

Pul Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yönəldiləcək və səhiyyənin dəstəklənməsinə, həmçinin su, qida, istilik və elektrik enerjisinə çıxışın təmin edilməsinə sərf olunacaq.