Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir

Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir

Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir.

Bunu Birxeber.Az-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, axtarış-qazıntı-ekshumasiya işi mürəkkəb prosesdir.

“İlkin məlumata görə 4-5 nəfərə aid meyit qalığı var. Ekshumasiya prosesi davam edir. Tapılan meyit qalıqlarının ilkin qiymətləndirilməsi aparılır”, - Eldar Səmədov əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar edilib.