ABŞ-da fərdi evdə atışma baş verib, 3 nəfər ölüb

ABŞ-da fərdi evdə atışma baş verib, 3 nəfər ölüb

ABŞ-ın Minnesota ştatında baş verən atışmada iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə vilayət qubernatoru Tim Valzın X sosial şəbəkəsində (keçmiş Twitter) dərc etdiyi məlumatda bildirilir. O əlavə edib ki, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da yaralanıb.

"Təhlükə altında olan bir ailənin çağırışına cavab verərkən, iki polis məmuru və bir yanğınsöndürən həlak olub, digər məmurlar isə yaralanıb", - Valz bildirib.