Rusiya Baş Qərargah Rəisliyi: Ukrayna Silahlı Qüvvələri döyüş qabiliyyətini qoruyub saxlayır

Rusiya Baş Qərargah Rəisliyi: Ukrayna Silahlı Qüvvələri döyüş qabiliyyətini qoruyub saxlayır

“Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatlar aparmaq üçün döyüş qabiliyyətini hələ də qoruyub saxlayır”.

“Report”un məlumatına görə, bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi - Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Serqey Rudskoy deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin növbəti əks-hücum cəhdi də istisna edilmir:

“Gələcəkdə Qərbin irimiqyaslı hərbi yardımı olacağı təqdirdə, növbəti əks-hücum cəhdini də istisna etmək olmaz”.