İsrailin baş naziri Braziliya səfirini XİN-ə çağıracaq

İsrailin baş naziri Braziliya səfirini XİN-ə çağıracaq

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin cinayətləri ilə müqayisə edən Braziliya prezidenti Luis İnasio Lula da Silvanın bəyanatından qəzəblənib və Braziliya səfirini Xarici İşlər Nazirliyinə çağıracaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Netanyahu deyib ki, Braziliya prezidenti İsraili nasistlərlə və Hitlerlə müqayisə etməklə “qırmızı xətti” keçib. Onun sözlərinə görə, bu, Holokostu əhəmiyyətsizləşdirmək və yəhudi xalqına və İsrailin müdafiə hüququna zərər verməyə cəhd etməkdir.

Netanyahu Braziliya prezidentinin sözlərini “utancverici və qeyri-ciddi” adlandırıb. O, İsrailin beynəlxalq hüquqa riayət etməklə öz təhlükəsizliyi və tam qələbəyə qədər gələcəyini təmin etmək üçün mübarizə apardığını vurğulayıb.

İsrailin baş naziri xarici işlər naziri İsrael Katsla ciddi qərarlar qəbul etmək üçün Braziliya səfirini dərhal Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəliblər.

İsrailin xarici işlər naziri Kats X sosial şəbəkəsindəki səhifəsində Braziliya səfirinin fevralın 19-da Xarici İşlər Nazirliyinin ofisinə çağırılacağını təsdiqləyib.