ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirib

ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirib

ABŞ Yəməndə husilərin mövqelərinə gəmi əleyhinə qanadlı raketlərə, yerüstü və sualtı dronlara qarşı beş zərbə endirib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Fevralın 17-si saat 15:00-dan 20:00-a qədər CENTCOM üç gəmi əleyhinə qanadlı raketə, bir pilotsuz sualtı gəmiyə və bir pilotsuz suüstü gəmiyə qarşı uğurla beş özünümüdafiə zərbəsi endirdi”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu, oktyabrın 23-dən bəri "husilər tərəfindən sualtı pilotsuz uçan aparatın ilk müşahidə edilən istifadəsidir".