Cəlilabadda birmərtəbəli ev tamamilə yanıb - VİDEO

Cəlilabadda birmərtəbəli ev tamamilə yanıb - VİDEO

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Buna baxmayaraq ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.