Naxçıvanda subasmaya məruz qalan ərazilər təmizlənib - YENİLƏNİB

Naxçıvanda subasmaya məruz qalan ərazilər təmizlənib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-dən “Birxeber.Az”a bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

20:09

Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

Bu barədə “Birxeber.Az”un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.