Naməlum şəxslər İsrailə məxsus təyyarəni marşrutdan yayındırmağa cəhd ediblər

Naməlum şəxslər İsrailə məxsus təyyarəni marşrutdan yayındırmağa cəhd ediblər

Naməlum qruplar Somali üzərində uçan İsrailə məxsus "El Al" təyyarəsinin rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər.

APA-nın məlumatına görə, bu barədə fevralın 18-də “Kan” radiosu məlumat yayıb.

Materialda qeyd olunur ki, El Al təyyarəsi Tailandın Puket adasından Təl-Əvivin Ben Qurion hava limanına doğru gedirdi. Somali üzərində Husilərin nəzarəti altında olduğu güman edilən ərazidə uçarkən ekipaj planlaşdırılmış marşruta uyğun gəlməyən qəribə göstərişlər alıb. Pilotlar bunun təyyarəni təyinat yerindən yayındırmaq cəhdi olduğunu anlayılar. Onlar alternativ rabitə vasitələrinə keçib və digər hava hərəkəti dispetçerləri ilə məlumatları yoxlayıblar.

Stansiyanın məlumatına görə, Tailanda uçan İsrail aviaşirkətləri ilə bu cür insidentlər ilk hal deyil.