Biləsuvarda Bakı sakininin meyiti tapılıb

Biləsuvarda Bakı sakininin meyiti tapılıb

Bakı sakini Biləsuvarda bədbəxt hadisə nəticəsində ölüb.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 61 yaşlı Füzuli Əliyev dünən axşam saatlarında kirayə qaldığı mənzildə ölüb. Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Meyit bu gün aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.