Naxçıvanda subasmaya məruz qalan ərazilər təmizlənib - VİDEO - YENİLƏNİB

Naxçıvanda subasmaya məruz qalan ərazilər təmizlənib - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

APA xəbər verir ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

***

20.06

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan səhərinə intensiv yağışlar nəticəsində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, məlumat əsasında əraziyə Mülki müdafiə alayının müvafiq qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir. Ətraflı məlumat veriləcək.