Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib

Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib

Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.