Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabulda iki minik avtomobili toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Hyundai” markalı avtomobillərinin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədova Ağabəyim Mişdaba qızı ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.