“Böyük Dəbilqə”: Səkkiz mükafat qazanan Azərbaycan millisi medal sıralamasında birinci olub - YENİLƏNİB

“Böyük Dəbilqə”: Səkkiz mükafat qazanan Azərbaycan millisi medal sıralamasında birinci olub - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni 8 mükafatla başa vurublar.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə edib.

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıblar.

Beləliklə, yığmamız medal sıralamasında birinci olub.

17:53

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə”də qızıl medal qazanıb.

"Report" xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub.

Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.

Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (+100 kq) qızıl mükafat qazanmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.