Danimarka bütün artilleriyasını Ukraynaya təhvil verib

Danimarka bütün artilleriyasını Ukraynaya təhvil verib

Danimarka silahlı qüvvələri artıq bütün artilleriyasını Ukraynaya təhvil verib, indi Avropa ölkələri anbarlarda saxlanılan sursatları Kiyevə göndərməlidir.

“Birxeber.Az”un məlumatına görə, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debat zamanı deyib.

“Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, lakin hələ də Avropada anbarlarda döyüş sursatları var. Söhbət təkcə istehsaldan getmir, çünki bizim silahlarımız, sursatlarımız, hava hücumundan müdafiə vasitələrimiz var, buna ehtiyacımız belə yoxdur. Hazırda biz onu Ukraynaya çatdırmalıyıq”, - hökumət başçısı bildirib.

Frederiksen hesab edir ki, Avropa Ukraynaya kömək etmək üçün daha çox iş görməlidir; münaqişənin başlanmasının ikinci ildönümü Qərbdən Kiyevə böyük silah ianələri ilə qeyd olunmalıdır.

“Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, dronlar və daha çox şeylərdən gedir. Vurğulamaq istəyirəm ki, Ukrayna üçün əlavə sözlər deyil, yeni tədarüklər, yeni ianələr, hərbi texnika olmalıdır. Sözlər bu vəziyyəti həll etməyəcək”.