Füzulidə 69 yaşlı kişini avtomobil vuraraq öldürüb

Füzulidə 69 yaşlı kişini avtomobil vuraraq öldürüb

Füzulidə avtomobil piyadanı vurub.

APA xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Turan Hüseynov idarə etdiyi "VAZ 2106"markalı avtomobillə 1955-ci il təvəllüdlü Ziyad Məcidovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.