Münxen Təhlükəsizlik Konfransının sədri: Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa hazırıq

Münxen Təhlükəsizlik Konfransının sədri: Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa hazırıq

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur.

"Birxeber.Az" xəbər verir ki, bu fikirləri Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb. Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.