Kolomina: NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyir

Kolomina: NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyir

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

APA-nın xəbərinə görə, bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X platformasında yazıb.

Xavyer Kolomina qeyd edib ki, Azərbaycan və Ermənistanın yenidən yüksək səviyyədə görüşdüyünü və uzunmüddətli sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldiyini görmək çox vacibdir: “NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir”.