“Rabitəbank” səhmdarlarına dividend, üst rəhbər heyətinə bonus ödəyəcək

“Rabitəbank” səhmdarlarına dividend, üst rəhbər heyətinə bonus ödəyəcək

Martın 12-də “Rabitəbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Bankın yığıncağın gündəliyində duran əsas məsələlər 2023-cü maliyyə ili üzrə balansın, mənfəət və zərər haqqında hesabatının, audit komitəsinin hesabatının təsdiqi, bundan əlavə, yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrini yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun olaraq təsdiqi daxildir.

Bundan əlavə, bankın səhmdarlarına dividendlərin ödənilməsi, üst rəhbər heyətinə illik bonusların ödənilməsi də gündəlikdə duran əsas məsələlərə daxildir.

Xatırladaq ki, "Rabitəbank" 2023-cü ili 13,6 milyon xalis mənfəət ilə başa vurub.