"Bayer 04" "Bavariya"nın rekordunu təkrarlayıb

"Bayer 04" "Bavariya"nın rekordunu təkrarlayıb

Almaniyanın "Bayer 04" klubu "Bavariya"nın rekordunu təkrarlayıb.

"Birxeber.Az"un məlumatına görə, Xabi Alonsonun baş məşqçisi olduğu komanda buna Bundesliqanın XXII turunda "Haydenhaym"ı məğlub etməklə (2:1) nail olub.

Beləliklə, Leverkuzen təmsilçisi bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 32-yə (28 qələbə, 4 heç-heçə) çatdırıb.

Qeyd edək ki, "Bavariya" 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.