İraqın şimalında daha iki terrorçu zərərsizləşdirilib

İraqın şimalında daha iki terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da zərərsizləşdirilən terrorçuların sayı 8-ə yüksəlib.

Qeyd edək ki, fevralın 17-də terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.

"Biz şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq!", - nazirliyin açıqlamasında deyilir.