Şolts: "NATO ilə Rusiya arasında müharibə olmayacaq"

Şolts: "NATO ilə Rusiya arasında müharibə olmayacaq"

NATO ilə Rusiya arasında müharibə olmayacaq.

APA-nın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts “Süddeutsche Zeitung” (SZ) qəzetinə müsahibəsində deyib.

“Biz Ukraynanı dəstəkləyirik, çünki o, həm də təhlükəsizliyimiz deməkdir. Eyni zamanda, biz NATO ilə Rusiya arasında müharibənin başlamasına imkan verməyəcəyik”, - deyə siyasətçi bildirib.

Şolts qeyd edib ki, Almaniya öz hərəkətlərini müttəfiqləri, ilk növbədə ABŞ ilə sıx əlaqələndirir.

Kansler qeyd edib ki, uzunmüddətli perspektivdə Almaniya müdafiəyə daha çox pul xərcləmək məcburiyyətində qalacaq.