Blinken İsrail Prezidenti ilə girovların azad olunmasını müzakirə edib

Blinken İsrail Prezidenti ilə girovların azad olunmasını müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Münxendə İsrail Prezidenti İsxak Hersoqla görüşüb.

APA xəbər verir ki, bu barədə Blinken X hesabında bildirib.

"Girovların sərbəst buraxılması və humanitar fasilənin uzadılması səyləri haqqında danışdıq. Mən regionda həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizliyi təmini üçün sülhün əldə edilməsinin vacibliyini vurğuladım", - deyə vurğulanıb.