Haaqada iğtişaşlar baş verib

Haaqada iğtişaşlar baş verib

Haaqada iki qrup Eritreya vətəndaşının iştirakı ilə iğtişaşlar baş verib.

APA xəbər verir ki, bu barədə "NL Times" qəzeti məlumat yayıb.

Polis gözyaşardıcı qazdan istifadə edib.

İki polis maşını yandırılıb.

Mer insident baş verən ərazidə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə göstəriş verib.

Toqquşmanın nədən baş verdiyi və itkilərin olub-olmadığı hələlik məlum deyil.