La Liqa: "Barselona" "Selta"nı minimal fərqlə yenib

La Liqa: "Barselona" "Selta"nı minimal fərqlə yenib

İspaniya La Liqasında XXV tura start verilib.

"Birxeber.Az" xəbər verir ki, ilk oyun günündə dörd matç keçirilib.

"Barselona" səfərdə "Selta"nı 2:1 hesabı ilə məğlub edib. Hesabı 45-ci dəqiqədə Robert Levandovski açıb. Meydan sahiblərindən 47-ci dəqiqədə İaqo Aspasla tablodakı rəqəmləri bərabərləşdirib. Polşalı hücumçu Robert Levandovski 90+7-ci dəqiqədə penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

Turun digər oyunlarında "Atletiko" (Madrid) "Las Palmas"a 5:0, "Osasuna" isə "Kadis"ə 2:0 hesabı ilə qalib gəlib. "Vilyarreal" - "Xetafe" matçı isə qollu bərabərliklə yekunlaşıb - 1:1.

Turnir cədvəlinə 61 xalla "Real Madrid" rəhbərlik edir. "Jirona" 56 xalla 2-ci, rəqibindən 2 xal geri qalan "Barselona" 3-cüdür.